DİN Mətbuat xidmətindən APress.az-a verilən məlumata görə, paytaxtın Suraxanı, Nizami, Nəsimi, Binəqədi, Yasamal, Nərimanov və Xətai rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb.
Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb.
Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.