Müğənni Günel Ələkbərova da koronavirus infeksiyasına yoluxub.
APress.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. Bir neçə gündür hərarəti olan ifaçı test nəticəsinin pozitiv olduğunu bildirib:
“Yıxmadı dağ məni, indi yıxacaq bu məni? Elə şey yoxdur. Dostlar, pozitiv olaq, qalan şey boşdur. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Evdə müalicə alıram”.
(azxeber)