Rusiyanın Xalq artisti və keçmiş SSRİ-nin tanınmış bəstəkarı Lyudmila Lyadova vəfat edib.
APress.az “Report”a istinadən xəbər verir ki, o, 96 yaşında Moskvadakı xəstəxanalardan birində dünyasını dəyişib.
L.Lyadova bu ilin fevralın sonunda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun ağciyərinin 75 faizi virusa yoluxubmuş.
Qeyd edək ki, L.Lyadova 1925-ci il martın 29-da Yekaterinburqda anadan olub. 1948-ci ildə Ural Konservatoriyasını bitirib. 1951-ci ildə SSRİ Bəstəkarlar İttifaqına qəbul olunub.
O, 800-dən artıq mahnıya musiqi bəstələyib. Onun əsərlərini İosif Kabzon, Edita Pyexa, Eduard Xil və başqa müğənnilər səsləndiriblər.