Koronvirus peyvəndi olunan ingilis model Stefaniye Dubois AstraZeneca peyvəndi olunduqdan sonra vəfat edib.
Milli.Az xəbər verir ki, model peyvənddən sonra “özümü çox pis edirəm, mənim üçün pizza və yataq” ifadələrini işlətmişdi. 39 yaşlı modelin peyvənddən sonra ölməsi yenə bu peyvəndlə bağlı müzakirələri artırıb.
Medianın yazdığına görə, xəstəxanaya çatdırılan modelin halı pisləşib. Komaya düşərək vəfat edib. İngilis modelin şübhəli ölümünün Avropa Dərman Agentliyi tərəfindən araşdırılacağı açıqlanıb.