Türkiyənin tanınmış psixoloqu Arif Verimli Hülya Avşara verdiyi cavabla gündəm olub.
Apress.az Milli.Az-a istinadla bildirir ki, Müge Anlının verilişlərindəki çıxışları ilə tanınan psixoloq Arif Verimli Hülya Avşarın “saposeksualam” sözünə fərqli şəkildə reaksiya verib.
Belə ki, o, “güclü qadın olmaq gözəldir, amma kişi məndən güclü olmayanda onu döymək istəyirəm. Kişinin məndən ağıllı olmağını istəyirəm, saposeksualam, yəni, ağıllı kişilərdən xoşlanıram” yazan Hülya Avşara “Saposeksual qadınlar inciməsin, amma ağıllı kişilər çoxdan doğru insanı tapıblar”, – deyə susdurub. Onun bu tviti müzakirələrə səbəb olub.