Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla ictimai debatdan imtina edib.
APress.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan “Facebook” hesabında bildirib.
Bundan əvvəl, Paşinyan Ter-Petrosyana və ikinci prezident Robert Koçaryana parlament seçkilərindən iki gün öncə – 18 iyun tarixində İctimai TV-nin efirində Qarabağ mövzusunda debat keçirməyi təklif edib.
Musinyana görə, Ter-Petrosyanın ölkəni milli fəlakətə çatdıran şəxslə danışacağı heç nə yoxdur.
Qeyd edək ki, Paşinyanın təklifinə Koçaryan tərəfindən hələ rəsmi cavab verilməyib.
Unikal.org