Bu gün sosial şəbəkələrdə Tərtərdə qazinin özünü yandırmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APress.az-a bildirilib ki, bəzi sosial şəbəkələrdə Tərtərdə qazinin özünü yandırması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
Belə ki, özünü yandırmağa cəhd edən şəxs Tərtər rayon Bəyimsarov kənd sakini R.Q. qazi deyil və psixi xəstəlikdən əziyyət çəkir. Həmin şəxs özünü yandırmağa cəhd etsə də, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hal-hazırda səhhətində həyati təhlükəsi yoxdur.