“Tətilə 30 gün qalmış məktəbləri açmağı kim düşünüb?” – Nura Suribackend
Şou
400

“Tətilə 30 gün qalmış məktəbləri açmağı kim düşünüb?” – Nura Suri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış “Formula”ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı?”.

APress.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi məktəblərin açılmasından gileylənib:

 

“Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda… Ağızlarında səhərdən 8 saat maskayla bu uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir?

Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin? 2020-nin martından əziyyət çəkirik də onsuz da”.