“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov dəfn olunub.
O, Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.
T.Əhmədov bu gün səhər saatlarında 90 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, T.Əhmədov 1995-ci ildən vəfat edənə qədər “Respublika” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olub.