Meksikanın Sonora əyalətində içərisində 7 nəfər olan iki mühərrikli “Cessna” təyyarəsi qəzaya uğrayıb.
APA bildirir ki, bu barədə yerli “Jornada” qəzeti xəbər verib.
Baş prokurorluğun yaydığı məlumata görə, hadisə zamanı Sonoranın iqtisadi inkişaf nazirinin müavini və onun anası ölüb. Təyyarədəki bir nəfər qəzadan sağ çıxıb, hazırda tibbi yardım alır.
Prokurorluq hadisənin səbəblərini öyrənmək üçün istintaq aparır.