8 yeni doğulan körpəni öldürməkdə şübhəli bilinən tibb bacısı məhkəmə qarşısına çıxarılacaq.
APress.az xəbər verir ki, Böyük Britaniyada Lyusi Letbi adlı tibb bacısının körpələri öldürməkdə ittiham edilir.
Belə ki, 31 yaşlı tibb bacısının Çesterdəki xəstəxanada bir il ərzində 5 oğlan və 3 qız uşağını öldürdüyü deyilir.
Lyusi 2019-cu ildə həbs olunub və istintaqı hələ də davam edir.
Qeyd edək ki, 2017-ci ildə uşaq ölümlərinin artması ilə bağlı xəstəxanadan daxil olan şikayətdən sonra məsələ polis tərəfindən araşdırılmağa başlanılıb və Lyusi həbs olunub.
Onun bundan başqa 9 uşağın da ölümündə şübhəli olduğu deyilir.
Yenisabah.az