Xəbər verdiyimiz kimi, bu gün Operativ Qərargahın növbəti brifinqi keçirilib.
APress.az xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bir çox qadağaların ləğv olunduğunu elan edib. Belə ki, Azərbaycanda metronun, rayonlara hərəkət edən nəqliyyat vasitələrinin, idman zallarının, məscidlərin, iri ticarəty mərkəzlərinin, çimərliklərin fəaliyyəti bərpa edilir. Açıq havada maska taxmaq qadağası isə 31 maydan etibarən ləğv olunur.
Hamının gözlədiyinin əksinə olaraq, Operativ Qərargah toylarla bağlı qadağanı ləğv etməyib.
Ancaq yoluxma sayındakı azalma davam edərsə, qarşıdakı aylarda toylarla bağlı da müsbət qərar veriləcəyi təxmin edilir.