Toylar məhdud sayda keçirilə bilər – Bu şərtlə ki… / AÇIQLAMAbackend
Cəmiyyət
313

Toylar məhdud sayda keçirilə bilər – Bu şərtlə ki… / AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus infeksiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlərdə yumşalmaların edilməsi ölkədəki sanitar-epidomolji vəziyyətlə əlaqdar olacaqdır. Əgər koronavirusa gündəlik yoluxmaların sayı sürətli azalmağa doğru gedərsə, təbii ki, yenidən yumşalmaların da edilməsinə imkan yaranacaqdır”.

Bu açıqlamanı Metbuat.aza millət vəkili Azər Badamov edərək qeyd etdi ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah COVİD-19 infeksiyasına yoluxmalarla bağlı gündəlik dinamikanı təhlil ediir və lazımı qərarlar qəbul edir.

Milli Məclisin deputatı koronavirusa yoluxub - Azər Badamov xəstəxanaya  yerləşdirilib

“Üzü yaya getməyi o demək deyil ki, infeksiya yayda olmayacaqdır. Türkiyədə qapanmalar aradan qaldırılmışdı. Nəticədə isə koronavirusun yeni bir dalğası gəldi və dövlət məcbur olaraq yenidən qapanmalara getməyinə qərar verdi. Yəni demək istədiyim odur ki, koronavirusa yoluxmaların azalıb-çoxalmasında ilin fəsilləri rol oynamır. Yenidən qapanmalar getməmək və tətbiq olunmuş məhdudiyyətlərdə yumşalmaların edilməsi bizim özümüzdən, yəni insanlardan asılıdır”.

Azər Badamov deyir ki, hamı hər yerdə tibbi masakanı taxmalı, karantin rejimin tələblərinə əməl etməlidir. İnsanlar tətbiq olunmuş qapanmalardan azad olmaq istəyirlərsə peyvənd olunmağa tələsməlidirlər.

“Bunun alternativi yoxdur. Havalar yavaş- yavaş qızmağa başlayır. Yayda hamı dənizə getmək, gəzintilərə çıxmaq istəyəcək. İnandırım sizi qapanıb evdə oturmaq heç kimin ürəyindən deyil. Ona görə hamı şüurlu şəkildə qısa bir zamanda pevənd olunmalıdır. Özüm də peyvəndin hər iki dozasını almışam . Peyvəndin heç bir yan təsirləri yoxur. İnsanları saxta məlumatlara inanmamağa və peyvəndlərin vurulmasına çağırıram ki, adi həyatımıza qayıda bilək”.

Bəs yumşalma tədbirləri aparılarsa bu hansı sahələrdə ola bilər?

“Məhdud sayda toyların keçiriməsinə icazə verilsəydi yaxşı olardı. Çünki bir ildən çoxdur ki, qadağa tətbiq olunduğundan gənclərimiz ailə həyatını qurmurlar. Gözləyirlər ki, icazələr verilsin ki, evlənsinlər. Digər bir yumşalmanı isə orta məktəblərdə ənənəvi təhsilin tam bərpası ilə bağlı olacağını düşünürəm. Ona görə ki, məktəblər uzun zamandır bağlı olduğundan distant təhsil tədris olunur. Bu da təhsilin keyfiyyətini olduqca aşağı salmışdır. Şagirdlər də, müəllimlər də məktəb üçün darıxıblar. Bir aydan sonra məktəblərdə yay tətili başlanır. Təhsil müəssisələrində əyani formada təhsilə imkan yaradılmalıdır ki, müəllimlər heç olmasa şagirdlərə yay tapşırıqlarını verə bilsinlər”.