Toyuna 3 gün qalmış gənc 9-cu mərtəbədən yıxılaraq ölüb.
APress.az xəbər verir ki, hadisə Türkiyənin İğdır bölgəsində baş verib.
Evlənməyə hazırlaşan İlhan Tuncar adlı şəxs toyuna 3 gün qalmış tikilməkdə olan binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılan şəxs həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Fakta bağlı polis tərəfindən araşdırma aparılır.
azxeber