ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli keçmiş Prezident Donald Trampın seçkidəki uğursuzluqdan sonra dövlət çevrilişinə əl atmasından ehtiyat edib.
APress.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin jurnalistləri Kerol Leonniq və Filip Rakerin kitabında qeyd olunub.
“Onlar cəhd edə bilər, lakin uğura nail ola bilməyəcəklər. Siz bunu hərbçilər olmadan edə bilməzsiniz. Siz bunu MKİ və FTB olmadan edə bilməzsiniz. Biz əlində silah olan şəxslərik”, – M.Milli əlavə edib.