Türk bayrağını xilas etməklə gündəm olan Kamil 2015-ci ildə… (FOTO/VİDEO)backend
Cəmiyyət
69

Türk bayrağını xilas etməklə gündəm olan Kamil 2015-ci ildə… (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Muğlanın Mərmərə bölgəsinin Hisarönü məhəlləsində baş verən yanğın zamanı, yanan evdən çıxartdığı Türkiyə bayrağı ilə həm Azərbaycan, həm də qardaş ölkədə insanların rəğbətini qazanan azərbaycanlı yanğınsöndürənlərdən biri – Kamil Dünyamalıyevin daha bir qəhrəmanlığı ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, Kamil Dünyamalıyev 19.05.2015-ci ildə Binəqədidə baş verən yanğın zamanı yanan binadan körpəni xilas edibmiş.
Kamil Dünyamalıyevin 2015-ci ildə Space TV-də yayımlanan kadrlarını təqdim edirik: