APress.az-ın məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu yığma məskunlaşdığı “Fairmont” oteldən ayrılaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüb.
Türkiyə Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə Azərbaycana təşəkkür edib: “Dost və qardaş ölkə Azərbaycan, AVRO-2020 ərzində Bakıda oynadığımız iki oyunda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Milli komandaya, TFF-yə və türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qəbul edən Azərbaycan, “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə birlikdə Uels matçını izləyən Azərbaycan Prezidenti İlham Əliyevə, AFFA prezidenti Rövnəq Abdullayevə, ölkədəki qurumlara təşəkkür edirik. Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, Türkiyə seçməsi AVRO-2020-ni xalsız bitirib. Komanda Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.