Türkiyənin “Yeni akit” nəşri dərc etdiyi xəbərlə bütün dünyada müzakirələrə səbəb olub.
APress.az Milli.Az-a istinadla bildirir ki, qəzetin əsas fon üçün istifadə etdiyi şəkildəki “blur” effekti həm Türkiyədə, həm də digər ölkələrdə qalmaqal yaradıb.
Belə ki, əsas fotoda qadınların qollarının blurlanması ələ salınıb.
“The Sun”, “Daily Mirror”, “Dailymail” kimi məşhur nəşrlər sözügedən bu fotonu təqdim edərək qəzeti ələ salıblar.