Türkiyənin Müdafiə Nazirliyi Suriyada “Zeytun budağı” əməliyyat zonasında ötən gecə baş verən YPG/PKK terrorçularının hücumu ilə bağlı məlumat yayıb.
APress.az xəbər verir ki, məlumata görə, terror hücumu nəticəsində 2 türk əsgəri şəhid olub. Azı 3 terrorçu zərərsizləşdirilib.
Bildirilib ki, Türkiyə ordusu bölgədə olan terrorçuların mövqelərinə atəş açmağa davam edir.
Metbuat.az