Türkiyə Prezidentindən Şimali Kiprə XƏBƏRDARLIQbackend
Dünya
386

Türkiyə Prezidentindən Şimali Kiprə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimali Kipr Türk Cümhuriyyətinin Konstitusiya Məhkəməsinin sədri hər şeydən əvvəl dünyəvi dövlətin nə olduğunu öyrənməlidir. Onun açıqlamalarını qəbul etməyimiz mümkün deyil”.

APress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında söyləyib.

Şimali Kiprdə Quran kurslarının qadağan edilməsinə münasibət bildirən dövlət başçısı deyib: “Yanaşmasını dəyişməlidir, əks təqdirdə biz Şimali Kiprdə dini azadlığın boğulmasına, Quranın öyrədilməsinin qarşsının alınmasına hesablanan addımlara icazə verməyəcəyik. Türkiyədə qaydalar necədirsə, Şimali Kipr də onu tətbiq etməlidir. Din düşməni olan QHT-lərin addımlarını qəbul etməyimiz mümkün deyil. Konstitusiya Məhkəməsinin sədri tutduğu yalnış yoldan təcili dönməlidir. Əks halda bizim atacağımız addımlar fərli olacaq. İstəyirəm ki, bunu da bilsinlər”.

Unikal.org