Türkiyə Rusiyada hazırlanan “Sputnik V” peyvəndinin istehsalına başlayır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Türkiyədə peyvənd istehsalı mərhələsində bəzi testlər edilib və bu prosesdən sonra şirkət “Sputnik V”nin istehsalını təsdiqləyib.
Verilən məlumatlara görə, Türkiyədə istehsal edilən koronavirus peyvəndinin qiyməti 10 dollar olacaq. Bu proses həmçinin, vaksin sahəsində xarici asılılığı azaldacaq. //Yeniavaz