Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı” ilə bağlı qərarını rədd edirikbackend
Dünya
248

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı” ilə bağlı qərarını rədd edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün göstərilən boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil”, – bəyanatda vurğulanıb.

XİN-dən bildirilib ki, 1915-ci il hadisələri ilə əlaqədar olaraq, beynəlxalq hüquqla müəyyən edilmiş soyqırımı ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyil: “Bu cəhd həm də BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”ya, həmçinin 1915 hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Hüquqları Məhkəməsinin 2013 və 2015-ci il qərarlarına ziddir.

Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu səhv addımdan geri dönməyə və bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurmağa səy göstərməyə dəvət edirik”. (report)