Türkiyənin Malatya ərazisində qətl hadisəsi baş verib.
APress.az xəbər verir ki, 15 yaşlı məktəbli atası ilə mübahisə edib. Bu zaman o, evdə olan silahla 40 yaşlı atasını qətlə yetirib. Bundan sonra yeniyetmə heç nə olmamış kimi, məktəbə gedib. Qonşuların xəbərdarlığından sonra hadisə yerinə polis gəlib. Cinayətdə şübhəli bilinən yeniyetmə isə məktəbdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Unikal.org