Türkiyədə Sinovac ilə başlayan və Pfizer/BioNTech peyvəndi ilə sürətləndirilən vaksinasiya dövründə üçüncü doza vaksinin tətbiqi gündəmə gəlib.
APress.az xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Elmi Komitənin iclasından sonra etdiyi açıqlamada 50 yaşdan yuxarı şəxslərin və səhiyyə işçilərinin istənilən vaksin ilə 3-cü doza peyvənd olunmasının faydalı olacağı ilə bağlı qərara gəliblər. Sözügedən şəxslər 1 iyuldan etibarən istənilən vaksin ilə üçüncü doza üçün növbə götürə biləcəklər.
“Üçüncü doza peyvəndinin hansı növ peyvəndlə tətbiq olunmasına dair heç bir məhdudiyyət və prioritet yoxdur. Vətəndaşlarımız və səhiyyə işçilərimiz, ilk iki dozada hansı peyvənd vurdurduqlarına baxmayaraq üçüncü doza olaraq istədikləri peyvəndi vurdura bilərlər. Bu baxımdan seçim sizindir. İstədiyiniz peyvəndi 3-cü doza olaraq rahatlıqla qəbul edə bilərsiniz”,-deyə Türkiyə səhiyyə naziri qeyd edib.