Türkiyədə daşqın: ölən və itkin düşən varbackend
Cəmiyyət
38

Türkiyədə daşqın: ölən və itkin düşən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb.

Sfera.az “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Məlumata görə, xilasedicilər Yenixan kəndində evlərdə çıxılmaz vəziyyətdə qalan 20 nəfəri xilas ediblər.
Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi də baş verib. Bu səbəbdən Bartın-Karabük avtomobil yolu Yenixan kəndində gediş-gəliş üçün bağlanıb.