Türkiyənin Muğla bölgəsində meşə yanğınları Kəmərköy İstilik Elektrik Stansiyasına çatıb.
Sfera.az bildirir ki, Milasda yerləşən Kəmərköy İES-in qarşısında xəndək qazılsa da, görülən tədbirlər effektsiz olub. Belə ki, ötən gün İES-in bağçasına düşən yanmış şam qozası yanğına səbəb olub. Yanğına ərazidəki işçilər müdaxilə edib.
Buna baxmayaraq, gecə saatlarında elektrik ötürücü tellərindən qığılcımlar düşməyə başlayıb və həyəcan siqnalı çalınıb. Nəticədə partlayışın yaşandığı bölgədə elektriklər kəsilib. Bildirilib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə, vətəndaşlar ərazidən uzaqlaşdırılıb.
Hadisə yerindən gələn ilk görüntüləri təqdim edirik: