Türkiyədə tam qapanma qərarında sonra minlərlə insan Bodruma axın edib.
APress.az xəbər verir ki, Türkiyədə böyük şəhərlərdə yaşayan vətəndaşlar 17 may saat 05:00-dək tətbiq edilən sərt qadağadan əvvəl Bodruma axın edib.
Bu səbəbdən Bodrum yolunda uzun tıxac yaranıb. 181 minlik əhalisi olan şəhərdə say 500 mini keçib.
Bodrum Bələdiyyə Başçısı Əhməd Aras açıqlamasında bildirib ki, birdən-birə artan əhali sıxlığı səbəbindən Bodrumda böyük bir xaos yaşanır:
“Sıxlığın qarşısını almaq üçün hər cür səy göstəririk. Son üç gündə şəhərə xeyli giriş oldu. Əhalinin sayının 500 mini keçdiyini söyləyə bilərik. Normalda bu saya 2025-ci ilə çatacağımızı düşünürdük. Amma pandemiya bu işi 4 il irəli atdı”.
Xəstəxanaların əhali üçün hələ ki, yetərli olduğunu söyləyən Əhməd Aras bildirib ki, yoluxma artacağı halda səhiyyə müəssisələrində çatışmazlıq yaranacaq.
azxeber.com