Türkiyədə yanğın iki istilik reaktoruna yaxınlaşır – Partlayış təhlükəsi…backend
Dünya
37

Türkiyədə yanğın iki istilik reaktoruna yaxınlaşır – Partlayış təhlükəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Muğla bölgəsində meşə yanğınları təhlükəli nöqtəyə çatıb.
APress.az bildirir ki, yanğınların Milasda yerləşən iki istilik reaktoruna yaxınlaşmaq üzrə olduğu bildirilib. Bununla bağlı Milas bələdiyyə sədri təcili yardım çağırışı edib. Hazırda vətəndaşları düşündürən tək şey yanğının reaktorlara çatacağı halda, partlayışın olub-olmamasıdır.
Türkiyəli mühəndis Orhan Aytaç qeyd edib ki, Milasda yanğınların olduğu bölgədə iki ayrı istilik reaktoru var – Yeniköy və Kəmərköy.
“Məlumata görə, yanğın hazırda Kəmərköy reaktoruna çox yaxınlaşıb. Bura sıradan çıxarsa, Türkiyənin ümumi elektrik enerjisinə təsiri olmaz. Eyni zamanda yanğınlar səbəbindən hər hansı ağır fəlakətlər, partlayışlar da gözlənilən deyil”, – deyə mütəxəssis əlavə edib.
Sfera.az