Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏTbackend
Dünya
27

Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 3 vilayətdə 7 meşə yanğını hələ də davam edir.

APress.az xəbər verir ki, yanğınlarla bağlı son vəziyyəti açıqlayan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb.

Onun sözlərinə görə, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir.

Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb.

Muğlada yanğınların söndürülməsinə 4 təyyarə, 1 pilotsuz uçuş aparatı, 17 helikopter, 186 susəpən, 93 yanğınsöndürən, 414 avtomobil, 55 ambulasn və 1 457 nəfər yanğınsöndürən cəlb olunub.

Bir sıra rayonlardan sakinlər təxliyə edilib.

Yanğınlar nəticəsində vəfat edənlərin sayı 8-ə yüksəlib.

Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub.

Publika.az