Türkiyədə 4 bal gücündə zəlzələ olub.
APress.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar Egey dənizinin Türkiyə sahillərində, Muğlanın Datça qəsəbəsində qeydə alınıb. Zəlzələnin episentiri 47 km dərinlikdə yerləşib.