Türkiyənin ABŞ-la münasibətləri gərginləşdi, lirə dəyər itirdibackend
Dünya
233

Türkiyənin ABŞ-la münasibətləri gərginləşdi, lirə dəyər itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin ABŞ ilə münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşmədi. Həftəyə lirə enişlə başlayıb”.

APress.az-ın məlumatına görə, bunu deputat, iqtisadçı Vüqar Bayramov deyib. O qeyd edib ki, hələlik lirənin kursunda ciddi azalmalar yoxdur:
“Ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb. Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib.
Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür”.
Millət vəkili bildirib ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil:
“Doğrudur, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır.  Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır.
14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə belə, biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.
Sfera.az