Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyənin “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.
APress.az xəbər verir ki, imza mərasimi sabah, AFFA-nın inzibati binasında keçiriləcək.
Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və şirkətin baş direktoru Hilal Suerdem iştirak edəcəklər. Anlaşmaya əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.