Türkiyəyə tətil üçün gedən azərbaycanlı Elməddin Məmmədov faciəvi şəkildə dünyasını dəyişib.
APress.az-ın məlumatına görə, hadisə Sazlıdərə Su Anbarında baş verib.
Belə ki, tətil üçün İstanbula gedən 25 yaşlı Azərbaycan vətəndaşı Elməddin Məmmədov dostları ilə gəmi gəzintisinə çıxıb. O üzmək istədiyi üçün su anbarına tullanıb. Su anbarında bir az üzəndən sonra E.Məmmədov boğulmağa başlayıb və anidən gözdən itib.
Hadisə yerinə polis, təcili yardım və sualtı axtarış qurtarma əməkdaşları sövq edilib. Sualtı axtarış və xilasetmə əməkdaşları tərəfindən 2 saatlıq axtarışdan sonra E.Məmmədovun cansız bədəni tapılıb.
Gəmidəki 2 nəfər polis tərəfindən polis bölməsinə aparılıb. Ölən şəxsin cəsədi təcili yardım maşını ilə morqa aparılıb.
Unikal.org