UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin I turundan sonra statistik göstəriciləri açıqlayıb.
Sfera.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən qapıçı olub.
27 yaşlı qolkiper Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları matçda 14 “seyv”lə yadda qalıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq 11 qurtarışla ikinci, San Marinodan Elia Benedettini isə 10 “seyv”lə üçüncüdür.