UEFA “Qarabağ”ın oyununda baş verənlərlə bağlı intizam işi açıbbackend
İdman
433

UEFA “Qarabağ”ın oyununda baş verənlərlə bağlı intizam işi açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Kiprdə AEL və “Qarabağ” komandaları arasında keçirilmiş Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı intizam işi açıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat verilib.

Bildirilib ki, Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. Bunlardan biri meydançaya yad cisimlərin atılması, digəri isə yerli azarkeşlərin iğtişaş törətməsidir.

Məsələ ilə bağlı yekun qərar komitənin qarşıdakı iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, “AEK Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın bərabərlik qolundan sonra azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla, texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.