Donbasda separatçı rejimin hərbçisi həlak olub.
Sfera.az xəbər verir ki, Donbasda qondarma Donetsk Xalq Respublikasının (DXR) Xalq milisinin bir hərbçisi öldürülüb. Bu barədə aprelin 8-də “Donetsk Xəbər Agentliyi” xəbər verir.
Xalq milisi idarəsindən döyüşçünün Ukrayna qoşunlarının açdığı atəş nəticəsində həlak olduğu bildirilib.
Donetskdə iddia edirlər ki, düşmən Donetskinin şimalında yerləşən Vesyoloye kəndinin ərazisinə minaatandan atəş açıb. İdarədən bildirilib ki, Xalq milisi cavab atəşi açmaq məcburiyyətində qalıb.
Bir müddət əvvəl rəsmi Kiyev məlumat vermişdi ki, gün boyu düşmən beş dəfə atəşkəs rejimini pozub. Bir Ukrayna hərbçisi həlak olub.