Ukrayna bütün nasistlər üçün baza halına gəlib və onlar Rusiya da daxil olmaqla, bir çox ölkədə təxribat üçün döyüş təcrübəsi qazanıblar.
APress.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin anti-terror mərkəzinin keçmiş zabiti Vasili Prozorov deyib.
Prozorov bildirib ki, Azov alayında xidmət edən, orada təlim keçən bir çox xarici vətəndaşı görüb: “Onların hamısı açıq şəkildə millətçi və hətta nasist baxışları ilə seçilirdi”.
Onun sözlərinə görə, söhbət beynəlxalq ultrasağ hərəkatından gedir: “Ukrayna Milli Qvardiyasının Azov alayı vətənlərinə dönərək etiraz hərəkatlarının və ya silahlı müqavimətin “nüvəsinə” çevriləcək insanları hazırlayır”.
Prozorov Sağ sektor yaraqlılarının Rusiyada “işləmək” üçün təlim aldığını da etiraf edib: “Rusları və ukraynalıları xarici görünüşünə görə ayırmaq çox çətindir və bu da şübhə doğurmadan təxribatçıların gətirilməsini asanlaşdırır. Ukrayna Müdafiə Nazirliyi, Baş Kəşfiyyat İdarəsi də bununla məşğuldur. Xüsusi Əməliyyat Qüvvələri bunun üçün döyüşçü qrupları hazırlayır və özəlliklə rus dilini yaxşı bilənləri Rusiyanın bölgələrinə göndərirlər”.