Ukrayna ABŞ və digər NATO ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Kiyev ölümcül silah tədarükünə arxalana bilər.
APress.az Axar.az-a isinadla xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.
“Blinken təsdiqlədi ki, hərbi-texniki əməkdaşlıq təkcə ABŞ-la inkişaf etməyəcək. Zelenskinin bu yaxınlarda Böyük Britaniya və Türkiyəyə səfərləri zamanı hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bizə ölümcül silahların satılmasına qadağa qoyulan vaxtlar keçdi. İndi isə biz bilirik ki, söhbət istənilən silahdan gedir: Uçan aparatlar, tank əleyhinə raketlər… Bütün bunlar alınıb-satılacaq”, – deyə Kravçuk bildirib.