Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.
Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.
Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.
Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.