Ukrayna ilə Rusiya arasında ölkənin şərqində və Krımda gərginlik davam etdiyi müddətdə yarım milyondan çox ukraynalının Rusiya vətəndaşlığını qəbul etdiyi açıqlanıb.
APress.az xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Donetsk və Luqansk bölgələrində təxminən 530 000 insanın Rusiya vətəndaşlığına keçdiyi qeyd olunub.
Rusiya prezidenti Vladimir Putin ötən ilin 24 aprelində Luqansk və Donetsk sakinləri üçün Rusiya pasportlarının alınması prosesini asanlaşdıran fərmanı imzalayıb.
Fərmanla Rusiya vətəndaşlığını almaq üçün edilən müraciətin incələmə müddəti 6 aydan 3 aya endirilib. Bundan əlavə, müraciət edən Belarus və Ukrayna vətəndaşlarının rus dilində danışma tələbi ləğv edilib.
2019-cu ilin iyul ayında qanuna edilən yeni dəyişikliklə Rusiya vətəndaşlığına keçmək üçün mövcud vətəndaşlıqdan çıxmaq tələbi də götürülmüşdü.
Sfera.az