UNEC-in gənc müəllimi “Facebook” və “Google” akkreditasiyasında uğur qazanıbbackend
Gənclik
369

UNEC-in gənc müəllimi “Facebook” və “Google” akkreditasiyasında uğur qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin direktoru, gənc müəllim Ramil Cabbarov dünyanın 3 böyük texnologiya və innovasiya şirkətinin sertifikasiyasını uğurla tamamlayaraq, bu istiqamətdə akkreditasiya olunmuş mütəxəssis statusunu qazanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, R.Cabbarov “Facebook” tərəfindən rəsmi “PearsonVUE”nun vendorluğu ilə keçirilən “Facebook Certified Digital Marketing Associate” ekspert imtahanını uğurla tamamlayıb. O, “Facebook”un sertifikasiyalı rəqəmsal marketinq mütəxəssisi olub. Eyni zamanda, “Google” platformasına aid 6 reklam yayımı istiqaməti üzrə imtahanların hər birindən müvəffəqiyyətlə keçərək, “Google reklamları üzrə sertifikasiyalı professional” (Google Ads Certified Professional) statusunu qazanıb.

R.Cabbarov təlim-tədris fəaliyyətində innovasiyanın tətbiqinə dair 2 texnologiya və innovasiya nəhənginin də akkreditasiyasına nail olub. O, “Google” şirkətinin rəsmi təhsilverən imtahanını uğurla verərək “Google sertifikasiyalı birinci dərəcəli müəllim” (Google Certified Educator: Level 1), eləcə də “Microsoft” şirkətinin “Sertifikasiyalı innovativ müəllim” (Certified Microsoft Innovative Educator) dərəcəsini alıb.

R.Cabbarova akkreditasiya olunduğuna dair təsdiq nişanlardan istifadə hüququ da verilib.