“Ürəkbulanma, qusma, başağrısı…” – Baş infeksionist yeni ştammın göstəricilərini açıqladıbackend
Cəmiyyət
368

“Ürəkbulanma, qusma, başağrısı…” – Baş infeksionist yeni ştammın göstəricilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yeni ştammlar öz klinik və digər çalarlılığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı, qısa müddətli gizli dövrdən sonra özünü biruzə verir”.
Sfera.az xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov deyib. İnfeksionistin sözlərinə görə, fərqlilik ilkin vaxtlarda olur:
“Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını

yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur.
Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir.
Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bu iddialar tam sübut olunmayıb. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur”.