Uşağıma yemək almağa pulum yox idi – Əvvəllər satıcı işləyən Lətafət Ələkbərova – VİDEObackend
Şou
347

Uşağıma yemək almağa pulum yox idi – Əvvəllər satıcı işləyən Lətafət Ələkbərova – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Onun Sirri” proqramının növbəti buraxılışında qonaq qismində verilişin aparıcısı Lətafət Ələkbərova olub.

APress.az bildirir ki, tanınmış aparıcı illər öncə maddi sıxıntıdan ticarətlə məşğul olduğunu etiraf edib:

“2000-ci illərin əvvəllərində bir sıra televiziya layihələrim ilə ulduz olmuşdum, uğursuz ailə həyatımın ardınca çox ciddi eniş yaşadım. Ayrıldıqdan sonra həyatımda bir dönəm çox çətin günlər oldu. Sıfıra düşdüm. İşdən uzaqlaşmışdım, heç yerdə işə qəbul ola bilmirdim. Qara xəttə düşmüşdüm. İşlərim alınmırdı. Övladımın 1 yaşı var idi. Ona qida belə ala bilmirdim, işığımızı kəsirdilər, susuz qalırdıq. Banklara belə borcum var idi. Maşınımı satdım. O pulla borclarımın bir qismini ödədim. Qalan məbləğlə də özümə kiçik ticarət qurdum. Mağaza kirayələyib, qadın paltarları satmağa başladım. Bir ticarət mərkəzindən mal alıb, öz mağazamda satırdım. Qızım balaca olduğu üçün onu da qucağıma alıb gedirdim mağazaya. Orada şou-biznesdən tanışlarımı görəndə utanırdım”.