Uşaq evində azyaşlılar döşəmədə yatızdırılır? – AÇIQLAMAbackend
Cəmiyyət
284

Uşaq evində azyaşlılar döşəmədə yatızdırılır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhər qarışıq tipli uşaq evində uşaqların döşəmədə yatızdırılması, rejimlərin düzgün qurulmaması kimi məlumatlar  yayılıb. 

APress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Bildirilir ki, Uşaq evinin rəhbərliyi azyaşlılara biganə yanaşır. Hətta oğlanlar və  qızlar bir yatızdırılır. Uşaqların qidalanması belə heç də ürəkaçan vəziyyətdə  deyil.

Məsələ ilə bağlı Şəki şəhər qarışıq tipli uşaq evinin  direktoru İlhamə Məmmədova Unikal.org-a açıqlamasında bildirib ki, həmin fotolar  hüquq-mühafizə orqanları  tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi məlum olandan sonra ictimaiyyətə  əlavə  məlumat veriləcək.