“Uşaqlar olana qədər…” – Zaur Baxşəliyevdən səmimi etirafbackend
Şou
309

“Uşaqlar olana qədər…” – Zaur Baxşəliyevdən səmimi etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uşaqlar olana qədər adam özünə pal-paltar ala bilir. Hara gedirsənsə, ancaq özünü fikirləşirsən”.
APress.az-ın məlumatına görə, bu barədə tanınmış teleaparıcı Zaur Baxşəliyev öz sosial şəbəkə hesabında paylaşım edib. O, həmçinin geyim həvəskarı olduğunu bildirib.
“Amma indi təkcə uşaqları düşünürəm. Hara gedirəmsə, gözüm uşaq mağazası axtarır ki, görəsən nə maraqlı, fərqli şeylər var. Böyüklərin mağazasının yanından keçəndə heç diqqətimi cəlb etmir. Halbuki əvvəllər məni o mağazalardan çıxarmaq mümkün deyildi. Təki böyüyəndə qədrimizi bilsinlər”, – deyə aparıcı qeyd edib.
Xatırladaq ki, məşhur cütlük Zaur Baxşəliyev və Günay Baxşəliyevanın Dilavər və Davud adında iki övladı var.
Sfera.az