ÜST “delta” ştammının yayıldığı ölkələrin sayını açıqladıbackend
Dünya
258

ÜST “delta” ştammının yayıldığı ölkələrin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun “Delta” növü dünyanın ən azı 96 ölkəsində mövcuddur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv ölkələri üçün keçirdiyi brifinqdə baş direktor Tedros Adhanom Qebreyesus söyləyib.

O bildirib ki, Hindistan ştammı koronavirusun təsbit edilən ən yoluxucu variantıdır. Baş direktorun sözlərinə görə, bu variant peyvənd edilməmiş əhali arasında sürətlə yayılır:

“Viruslar inkişaf edir, buna görə də COVID-19-un yeni növlərinə dair hesabatlar gözləməliyik. Bəzi ölkələr pandemiya ilə əlaqədar tədbirləri yumşaldır. Koronavirus yoluxmalarında artım müşahidə olunur ki, bu da səhiyyə sistemində yüklənməni artırır. Ancaq ötürülmənin qarşısını alsaq, yeni variantların ortaya çıxmasına mane ola bilərik”.

Qebreyesus bununla mübarizədə bütün mövcud vasitələrdən istifadə edilməli olduğunu vurğulayıb.