Dünyada koronavirus infeksiyasına yoluxma ötən həftə ilə müqayisədə dörd faiz azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Dünyada COVID-19 yeni yoluxma və ölüm halları bu həftə bir qədər azalıb. Son həftədə 5,5 milyondan çox yoluxma, 90 mindən çox ölüm qeydə alınıb”, – deyə ÜST bəyan edib.
Bununla belə, təşkilat əlavə edib ki, istənilən halda koronavirusa yoluxma və ölüm hallarının sayı dünyada yüksək olaraq qalmaqdadır.