Üzərində şəhid fotosu olan tortun kəsilməsi müzakirələrə səbəb oldu: “İcra başçısı tənbeh olunmalıdır”backend
Cəmiyyət
300

Üzərində şəhid fotosu olan tortun kəsilməsi müzakirələrə səbəb oldu: “İcra başçısı tənbeh olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonunda icra hakimiyyətinin başçısı Əziz Əzizovun da iştirak etdiyi tədbirdə Vətən müharibəsi şəhidi leytenant Əliyev Samirin fotosu olan tortun kəsilməsi müzakirələrə səbəb olub.

Pravda.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçiləri belə bir addımın atılmasının yolverilməz olduğunu bildiriblər.

Tortun Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlandığı bildirilsə də, şəhidin ailəsi bunu təkzib edib.

 

 

Samir Əliyevin nənəsi Cəmilə Əlizadə bildirib ki, sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur: “Bunu müzakirə edənlərə istəsələr, tortu sifariş verdiyimiz yerin əlaqə nömrəsini də verə bilərəm. Yaxşı olardı ki, gəlib şəhid nəvəmin adına salınmış parka baxsınlar. Əziz müəllim digər şəhid ailələrinə olduğu kimi, bizə də həm mənəvi, həm də maddi cəhətdən köməklik edir”.

 

Əziz Əzizov da müzakirələrə səbəb olan tortun şəhidin ailəsi tərəfindən hazırlandığını bildirib: “Tortu ailə özü sifariş verib. Bizim işimiz Suraxanı RİH tərəfindən şəhidin adının əbədiləşdirilməsi məqsədilə parkın salınmasıdır. Ümumilikdə Suraxanı rayonunda 53 şəhid var, Əliyevlər ailəsi də dəstək olduğumuz şəhid ailələrindən biridir. Ancaq təəssüflər olsun ki, bəzi şəxslər görülən işləri müsbət qiymətləndirmək əvəzinə, tənqid etmək üçün başqa məqamlar axtarırlar. Bəlkə də indiyədək bu ailədə 20 dəfə olmuşam. Samir anasının, nənəsinin yeganə övladı idi. Bizim məqsədimiz də bu ailələrə dəstək olmaq, onların yanında olduğumuzu bildirməkdir”.

 

Bu açıqlama da birmənalı qarşılanmayıb. Sabiq deputat Nazim Bəydəmirli bildirib ki, icra başçısı tənbeh olunmalıdır: “Ənənəyə sadiq qalaraq, RİH şəhid ailəsinə yalvarıb ki, bizi ictimai qınaqdan qurtarmaq üçün “tort məsələsini” öz üzərinizə götürün. Mən yüz faiz əminəm ki, “adətləri” belədir, ancaq keçməz, adam özü mərasimdə iştirakçıdır, ona görə tənbeh olunmalıdır!”