Vahid Mustafayevdən ANS-lə bağlı daha bir AÇIQLAMA – Kanal yenidən açılır?backend
Cəmiyyət
380

Vahid Mustafayevdən ANS-lə bağlı daha bir AÇIQLAMA – Kanal yenidən açılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə ANS Şirkətlər Qrupuna bağlı üç şirkətimiz (İNS ÇM, Balans və İstipress) sənədləri hazırladı və MTRŞ-ya təqdim etdi: bütün sənədlər də həmişəki kimi qaydasındadır – həm hüquqi sənədlər, həm təşkilati, həm də maddi-texniki baza barədə məlumatlar”.
Sfera.az bildirir ki, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev telekanalın yenidən yayıma başlaması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, iyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkdilər, hər şeyin qaydasında olduğunu dillərinə gətirdilər və bu barədə müvafiq aktlara imzalar atıldı:
“ANS TV-nin aparıcılarından biri də (“Qulp” verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərov) artıq MTRŞ komissiya üzvüdür. Ümidvaram, Mübariz xatırlayır ki, Azərbaycanda maarifləndirmə işlərinin aparılmasında ANS-in rolu danılmazdır. Unutmayaq ki, vətənimizin və regionun bütün müasir tarixinin videoarxivi də ANS-dədir və təhsil işində, həm nəzəri, həm də praktiki cəhətdən vacib olan bu dərsliyin maarifçilikdə xüsusi yeri var”.
V.Mustafayev xatırladıb ki, ANS Akademiyasının məzunları bu gün Azərbaycanın ən yüksək dövlət və biznes pillələrində özlərinə yer tapıblar:
“Bu, öz növbəsində, bir daha ANS-in yüksək peşəkarlıqla tədris işini aparmaqda vacib alətlərinin və ən əsası, təcrübəsinin olmasından bəhs edir. Yəni bu istiqamətdə savadımız da var, bacarığımız da! Ən azı, digər iştirakçılardan fərqli olaraq bu işdə 30 illik təcrübəmiz var. Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var. ANS-in konsepsiyasının əsasını təşkil edən dəqiq, qərəzsiz və vicdanlılıq prinsiplərinə zidd olan hər hansı təklif yenə də qəbul edilməyəcək”.