Amerikanın Ohayo ştatında koronavirusa qarşı peyvənd vurduran şəxs 1 milyon dollar qazanıb.
APress.az bildirir ki, Abbiqel Buqenski adlı şəxs “Vax-a-Million” adlı lotoreyanın qalibi olub. Cozef Kostello adlı başqa bir gənc isə, eyni təşviq proqramından dörd illik təqaüd qazanıb.
Məlumata əsasən, yaxın 4 həftə ərzində hər çərşənbə günü 1 milyon dollar və təqaüd sahibi olacaq daha 4 nəfər müəyyənləşdirəcək.
Qeyd edək ki, “Vax-a-Million” adlı proqram 12 may tarixində start götürüb. Sözügedən proqram vaksinasiya prosesini sürətləndirmək üçün başladılıb.